AlunatPro 

Азербайджан

AlunatPro 

Tələbələrin ölkələrarası təhsil mübadiləsində vasitəçi rolu oynayan və beynəlxalq bir şirkət olan AlunatPro, azərbaycanlı tələbələrə alman universitet və qurumlarında təhsilin bir sıra sahələrində iştirak etməyi təklif edir.

AlunatPro – Alman Universitetlərinə Azərbaycanlı Tələbələrin QəbuluProqramı-nın qısaldılmış formasıdır. Almaniyadakı Universitetlərə qəbul olmaq üçün uzun, keşməkeşli, bürokratik bir yoldan keçərək lazımi sənədləri universitetlərə təqdim etmək lazımdır. Çox zaman gənclərimiz sənəd vermə işini özləri həll etməyə çalışırlar. Lakin bir çox bürokratik əngəllər, Azərbaycandakı poçtun həddindən artıq gec işləməsi, lazımi hallarda universitetə gedib işləri şəxsən həll etmə imkanının olmaması, dilin zəif və yaxud heç bilinməməsi və s. sənəd vermə işini çətinə salır. Bütün bu problemləri nəzərə alaraq, Almaniyada yaşayan azərbaycanlıların qurduğu AlunatPro – Alman Universitetlərinə Azərbaycanlı Tələbələrin Qəbulu Proqramı – gənclərimizə əllərindən gələn köməyi etməsi üçün yaradılmışdır. Biz bu işin prosedurasını mükəmməl bilirik və sizə kömək etmək üçün buradayıq. Bir çoxları bu işi indiyə qədər fərdi-həvəskar olaraq etmiş, lakin həmin adamların Almaniyadakı qanunları bilməmələri, Azərbaycanda olmaları və qeyri-professionallığı gənclərimizi bir çox hallarda məyus etmiş, onların hər hansı səhvi ucbatından tələbələrin gənclik illərinin hədər olmasına səbəb olmuşdur. AlunatPro xaricdə təhsil proqramı – öz işinin professionallığına zəmanət verir.